"EkoSfera" Ekoloji-Sosial Mərkəzi

Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatlarından biridir

“EkoSfera” Ekoloji-Sosial Mərkəzi haqqında

“EkoSfera” Ekoloji-Sosial Mərkəzi Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatlarındandır. Təşkilat ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və vətəndaş cəmiyyətinin fəallığının artırılması sahələrində fəaliyyət göstərir. 1999-cu ildən “EkoSfera” ekoloji təhsil, elmi tədqiqat, gənclərin inkişafı və ətraf mühitin müdafiəsi sahəsində çalışaraq daha yaşıl və inklüziv gələcəyin qurulmasına töhfə vermək məqsədini daşıyır.

25 ildən çox təcrübəyə malik olan təşkilat, iqlim dəyişikliyi, biomüxtəliflik və aqrobiomüxtəlifliyin qorunması, qida təhlükəsizliyi, dövri iqtisadiyyat, tullantıların idarə olunması və ekosistemlərin bərpası kimi aktual ekoloji problemləri əhatə edən 100-dən çox milli və beynəlxalq layihəni həyata keçiribdir.

Ekoloji təhsil sahəsində milli və beynəlxalq tərəfdaş olaraq “EkoSfera”, FEE - Foundation for Environmental education (Ətraf Mühit Təhsili Fondunun) rəsmi üzvüdür və onun dünyaca tanınmış “Eco-Schools” (Eko-Məktəblər) və “Green Key” (Yaşıl Açar) proqramlarını Azərbaycanda həyata keçən yeganə müəssisədir. Bu proqramlar məktəblərdə və turizm müəssisələrində dayanıqlı həyat tərzinin təşviqinə və gənclərdə ekoloji məsuliyyətin formalaşmasına xidmət edir.

Missiya və Uzunmüddətli Baxış

“EkoSfera”nın missiyası Azərbaycanda sosial, iqtisadi və ekoloji inkişafın bir-biri ilə əlaqəli modelinə keçidi təşviq etməkdir.

Uzunmüddətli məqsədi isə təbii və mədəni irsinqorunmasına töhfə vermək, ölkədəki ekoloji vəziyyəti yaxşılaşdırmaq və ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsidir.

Fəaliyyətlər və İxtisaslaşma Sahələri

“EkoSfera” aşağıdakı fəaliyyət istiqamətlərində ixtisaslaşır:

  • Uşaqlar, gənclər, müəllimlər və icmalar üçün ekoloji təhsil və təlimlər
  • Ətraf mühitin monitorinqi və elmi tədqiqatlar (biomüxtəliflik, orqanik kənd təsərrüfatı, su və torpaq keyfiyyəti, tullantı problemi)
  • Maarifləndirmə kampaniyaları və icma əsaslı ekoloji təşəbbüslər
  • Tədris və mədəniyyət mərkəzlərinin yaradılması
  • Gənclər üçün mədəni irs və dayanıqlılıq elementlərini özündə birləşdirən ustad dərsləri və bacarıq təlimləri
  • Tarixi və ekoloji cəhətdən həssas bölgələrdə ətraf mühitin mühafizəsi
  • Ekoloji və mədəni turizmin inkişafı və sənətkarlıq istehsalatı vasitəsilə icma inkişafı
  • Sağlam həyat tərzinin, reproduktiv sağlamlığın və heyvanlara hümanist münasibətin təşviqi
  • Bütün yaş qrupları üçün innovativ ekoloji təhsil metodikalarının hazırlanması

Kadr Potensialı

“EkoSfera” peşəkar və ekoloji təhsilli heyətə malikdir. Təşkilat, Azərbaycanın qabaqcıl elm və təhsil müəssisələrindən olan alimlər, ekoloqlar, pedaqoqlardan və tələbələr ibarət ekspert şəbəkəsi ilə əməkdaşlıq edir. Bundan əlavə, 500-dən çox tələbədən ibarət könüllü şəbəkəsini əlaqələndirir və həmçinin müqavilə əsaslı mütəxəssislərlə əməkdaşlıq edir.